Az oynayır, getmək istəyir, artıq müştərisi də var - 19 yaşlı forvardın

9 Noyabr 2024 15:20 Almaniya 947
Az oynayır, getmək istəyir, artıq müştərisi də var - 19 yaşlı forvardın

“Bayern”in hücumçusu Matteyis Tell yanvar ayında icarəyə verilə bilər.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, fransalı futbolçunu icarəyə götürməkdə “Ştutqart” maraqlıdır.

Tell az oyun vaxtı qazanır, buna görə də, Münhen klubu yanvarda gələcək təklifləri dəyərləndirməyə hazır olacaq.

Əvvəllər “Verder” və “Nottingem Forest”in 19 yaşlı forvardı transfer etməyə hazır olduqları bildirilirdi.

Tell “Bayern”in heyətində cari mövsümdə bütün yarışlarda iştirak etdiyi 7 matçda 2 dəfə start heyətində meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda