“Ölkənin yarısı bizim çempion olmamağımızı istəyirdi” – Rəhbər fiqur

8 May 2024 00:20 Almaniya 979
“Ölkənin yarısı bizim çempion olmamağımızı istəyirdi” – Rəhbər fiqur

“Bayern”in Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge “Bayer”in (Leverkuzen) cari mövsümdəki nəticələrini şərh edib.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, keçmiş futbolçu, “Bayer”in baş məşqçisi Xabi Alonsonu təbrik edib:

“Ölkənin yarısı bizim çempion olmamağımızı istəyirdi və bu mövsüm onların arzusu nəhayət, reallaşdı. Alonsonu təbrik edirəm. İndi biz gələn il yenidən çempion olmaq üçün gücümüzü toplamalıyıq”.

Xabi Alonsonun komandası Almaniya Bundesliqasında yarışın bitməsinə bir neçə tur qalmış çempionluğu təmin edib.

Eyni zamanda, onlar Almaniya superkubokunda və Avropa Liqasında mübarizələrini davam etdirirlər.

Münhen klubu Bundesliqada ikinci yerdədir. Növbəti oyunda “Bayern” Çempionlar Liqasının yarımfinalında səfərdə “Real”la qarşılaşacaq. İlk görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!