“Qarabağ”ın rəqibinin futbolçusunu istəyir - “Mançester Yunayted”

25 Fevral 2024 01:30 Almaniya 506
“Qarabağ”ın rəqibinin futbolçusunu istəyir - “Mançester Yunayted”

“Bayer”in (Leverkuzen) futbolçusu Esekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted” 25 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlanır.

“Qırmızı şeytanlar” argentinalı oyunçu üçün “Aston Villa” və “Nyukasl”a mübarizə aparacaq.

Palasios cari mövsümdə bütün turnirdə 22 matçda iştirak edib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...