“Səbirli olmalıyıq, onu mümkün qədər uzun müddət burada saxlamağa çalışacağıq"

15 Fevral 2023 12:00 Almaniya 370
“Səbirli olmalıyıq, onu mümkün qədər uzun müddət burada saxlamağa çalışacağıq"

“Borussiya”nın (Dortmund) idman direktoru Sebastyan Kel Çud Bellingem haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, ingiltərəli futbolçunu Dortmund təmsilçisi üçün vacib oyunçu hesab edir:

“Səbirli olmalıyıq. Heç bir yeni dəyişiklik yoxdur. Bellingemi mümkün qədər uzun müddət “Borussiya”da saxlamağa çalışacağıq. Çünki o, bizim üçün inanılmaz dərəcədə vacib oyunçudur”.

Öncədən 19 yaşlı oyunçunun “Liverpul”a gedəcəyi bildirilirdi. Onunla “Real” da maraqlanır.

Bellingem cari mövsümdə Bundesliqa klubunun heyətində 26 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti