İngiltərəli yarımmüdafiəçi “Mançester Siti”nin hədəfindədir

25 Dekabr 2022 22:00 Almaniya 344
İngiltərəli yarımmüdafiəçi “Mançester Siti”nin hədəfindədir

“Borussiya”nın (Dortmund) futbolçusu Çud Bellingem karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Mançester Siti”nin hədəfindədir. Futbolçunun özü də İngiltərə klubuna keçməyə hazırdır.

Eyni zamanda, “Real” və “Liverpul” da 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bellingem 2020-ci ilin iyulundan “Borussiya”da çıxış edir. O, Dortmund klubunda 112 oyuna çıxıb, 19 qol vurub və 21 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"