"Ayağımı sındırdım" - FOTO

11 Dekabr 2022 00:20 Almaniya 389
"Ayağımı sındırdım" - FOTO

Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyerin ayağı sınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 36 yaşlı oyunçu öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Noyer mövsümün onun üçün erkən başa çatdığına görə məyus olduğunu bildirib:

“Hər kəsə salam, bircə onu deyə bilərəm ki, ilin sonu mütləq daha yaxşı keçə bilərdi... Xizək sürərkən ayağımı sındırdım.

Dünən əməliyyat uğurla keçdi. Həkim heyətinə təşəkkür edirəm. Bununla belə, bu mövsüm mənim üçün başa çatdığını başa düşmək ağrılıdır.

Özünüzün və yaxınlarınızın qayğısına qalın! Hörmətlə, Sizin Manueliniz”.

Noyer bu mövsüm “Bavariya”nın heyətində 16 oyunda 14 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.

Qətərdə keçirilən DÇ-2022-də qolkiper qrup mərhələsinin hər 3 oyununda Almaniya yığmasının qapısını qoruyub, 4 qol buraxıb. Lakin Almaniya millisi qrupdan çıxa bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti