"Bavariya" Harri Keyni transfer etmək istəyir - Levandovskinin yerinə

11 İyun 2022 00:10 Almaniya 551
"Bavariya" Harri Keyni  transfer etmək istəyir - Levandovskinin yerinə

"Bavariya" komandadan ayrılmaq istəyən Robert Levandovskinin yerini kiminlə dolduracağını qərarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi "Tottenhem"in hücumçusu Harri Keyn ilə maraqlanır.

Klub rəsmiləri İngiltərə millisinin üzvünün polşalı oyunçunu layiqincə əvəzləyəcəyini düşünür.

28 yaşlı oyunçu 2011-ci ildən çıxış etdiyi London klubunda 379 oyunda 247 qolla yadda qalıb.

Levandovskinin Almaniya klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. 33 yaşlı futbolçu "Barselona"ya keçmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!