"Mən Levandovskinin komandada qalmasını istərdim"

3 İyun 2022 00:20 Almaniya 602
"Mən Levandovskinin komandada qalmasını istərdim"

"Bavariya"nın hücumçusu Tomas Müller komanda yoldaşı Robert Levandovskinin komandadan ayrılmaq istəməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "Sport1" kanalına danışan 32 yaşlı futbolçu polşalı forvard haqda bunları deyib:

"Uzun müddətdir bizimlə olan Levandovskinin komandada qalmasını istərdim. Onu da deyim ki, biz dəfələrlə bu cür oxşar vəziyyətlə qarşılaşmışıq.

Riberinin "Real"a keçmək istədiyi vaxtı xatırlayıram. Yalnız onu deyə bilərəm ki, klubla müqaviləsi olan hər futbolçu özünü bir daha sübut etmək istəyəcək.

Pis oyun heç bir komanda üzvünə və klubun özünə yaxşı təsir etmir".

Robert Levandovskinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Polşa millisinin 33 yaşlı hücumçusu ötən mövsüm Münhen təmsilçisinin heyətində bütün turnirlər nəzərə alınmaqla 46 oyuna çıxıb.

Təcrübəli futbolçu bu görüşlərdə 50 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı