
"Bayer"(Leverkuzen) çexiyalı hücumçusu Patrik Şiklə müqavilə müddətini artırıb.
Sportinfo.az xəbər verir ki, yeni muqaviləyə əsasən Şik 2027-ci ilə qədər Leverkuzen təmsilçisinin şərəfini qoruyacaq.
Çexiya millisinin hücumçusu yeni başa çatan mövsümdə "Bayer"in heyətində 31 oyunda 24 qol vurub, 3 assistlə oynayıb.