"Getsə, təəccüblənmrəm - Gələn həftə bəzi məsələlərə aydınlıq gələcəyini gözləyirəm"

10 May 2022 10:20 Almaniya 1 002
"Getsə, təəccüblənmrəm - Gələn həftə bəzi məsələlərə aydınlıq gələcəyini gözləyirəm"

“Borussiya”nın (Dortmund) idman direktoru Sebastyan Kehl komandanın hücumçusu Erlinq Halandın gələn həftə gələcəyi ilə bağlı qərar verməli olacağını deyib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi Halandın “Borussiya”dan ayrılacağına işarə vurub:

“Gələn həftə bəzi məsələlərə aydınlıq gələcəyini gözləyirəm. Haland getsə, təəccüblənməyəcəm”.

Haaland cari mövsümdə “Borussiya”nın heyətində 29 matçda 28 qol vurub və 8 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı 21 yaşlı norveçli hücumçunun dəyərini 150 milyon avro olaraq göstərir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM