“Əgər vinger axtarırsa və uyğun namizəd tapa bilmirsə, onda…“

10 Avqust 2021 12:20 Almaniya 643
“Əgər vinger axtarırsa və uyğun namizəd tapa bilmirsə, onda…“

“Bavariya”nın sabiq futbolçusu Lotar Matteus klub rəhbərliyinə çağırış edib.

Sportinfo.az xəbər verir ki, Matteus Frank Riberinin “Bavariya”ya qaytarılması ideyasını dəstəkləyib.

O, hazırda azad agent statusunda olan Riberi ilə müqavilə bağlanmasının məqbul variant olacağını vurğulayıb:

“Əgər “Bavariya” vinger axtarırsa və uyğun namizəd tapa bilmirsə, onda Riberi ilə bir illik müqavilə bağlamaq ən optimal variant olardı. Mən də 39 yaşda bu klubun şərəfini qorumuşam.

“Bu yaşda həftədə iki oyun keçirmək olmaz” kimi iddialar səsləndirməyə ehtiyac yoxdur. Çünki Frenk əla formadadır, üstəlik, paltardəyişmə otağında da vəziyyətə təsir edə bilər.

İtaliyada mövsüm ərzində 29 oyun keçirən hər kəs Bundesliqada rahat oynaya bilər. Azarkeşlərin də Riberini komandada görməkdən məmnun olacaqlarına əminəm”.

Riberi “Bavraiya”nın şərəfini 2007-2019-cu illərdə qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı