“Mətbuatın təzyiqlərinə görə karyeramı bitirmək istəyirdim"

2 Avqust 2021 12:20 Almaniya 903
“Mətbuatın təzyiqlərinə görə karyeramı bitirmək istəyirdim"

“Borussiya”nın futbolçusu Yussufa Mukoko maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, 16 yaşlı hücumçu mətbuatın təzyiqlərinə görə karyerasını bitirmək həddinə gəldiyini deyib:

“Mətbuatda çox şeylər yazılırdı. Yaşımın daha çox olduğunu iddia edir, üstümə gəlirdilər. Çox stresli vaxtlar idi.

Bu iddialara görə futbolu atmağı, karyeramı bitirməyi düşünürdüm.

Ancaq klub rəhbərliyi və baş məşqçimiz mənə dəstək oldu. Meydanda sərgilədiyim oyunla bütün hər şeyi unutdura bildim”.

Mukoko ötən ilin yayından “Borussiya”nın əsas komandasında çıxış edir. Hücumçu Bundesliqada ötən mövsüm 14 oyunda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti