"Bura gəlməmişdən əvvəl başqa klublardan da təkliflər var idi"

10 Aprel 2021 10:20 Almaniya 604
"Bura gəlməmişdən əvvəl başqa klublardan da təkliflər var idi"

Müqavilə ilə “Real”a məxsus olan, icarə əsasında Almaniya “Ayntraxt”ında (Frankfurt) forma geyinən Luka Yoviç açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Bild” nəşrinə danışan serbiyalı hücumçu əsas niyyətinin “Real”a qayıtmaq olduğunu deyib:

“Bilirsiz ki, müqavilə ilə “Real”a məxsusam. Əsas hədəfim Madridə qayıtmaqdır.

“Ayntraxt”a gəlməmişdən əvvəl başqa klublardan da təkliflər var idi. Lakin “Ayntraxt” mənim üçün xüsusi bir klubdur və buna görə bura gəldim”.

Yoviçin icarə müqaviləsi mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!