
Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" - "Zirə" görüşündən əvvəl mətbuat konfransı keçirilib.
Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev oyun haqda danışıb:
"Sabah çox güclü rəqiblə qarşılaşacağıq. Konfrans Liqasının pley-off mərhələsində asan komanda olmur.
Həftəboyu rəqibi analiz etmişik. Onu meydanda tətbiq etmək qalır.
Allah qoysa, ən sərfəli nəticə ilə vətənə qayıdarıq. Cütün taleyi Bakıda həll olunacaq".
"Omoniya" - "Zirə" görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:00-da start veriləcək.