Ukrayna çempionatında ikinci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, sabiq “Qarabağ”lı Leandro Andradenin formasını geydiyi “Polesye” öz meydanında “FK Xarkov”u qəbul edib.
Matç “Polesye”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Andrade 90 dəqiqə meydanda olub. Sabiq “Qarabağ”lı 30-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Görüşün 61-ci dəqiqəsində isə o, məhsuldar ötürmə müəllifi olub. Çobotenko Andradenin ötürməsini qola çevirərək komandasının ikinci qolunu vurub.
2 turdan sonra maksimum nəticə göstərən “Polesye” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
