Bakının bu qəsəbəsində DÇ üçün stadionların tikintisinə başlandı

12 Avqust 02:20 Gündəm 5 182
Bakının bu qəsəbəsində DÇ üçün stadionların  tikintisinə başlandı

15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk Dünya Çempionatı və Festivalı Azərbaycanda keçiriləcək.

Sportinfo.az sport1.az-a istinadən xəbər verir ki, həmin turnir çərçivəsində nəzərdə tutulan matçlar Hövsanda baş tutacaq.

AFFA bunun üçün adıçəkilən 12 hektarlıq ərazidə 10 mini-stadionun inşası üçün işlərə start verib.

Kompleksin funksiyası məhz bu turnirlə yekunlaşmayacaq. Yarış başa çatdıqdan sonra mini-stadionlar aidiyyatı qurumlardan birinin balansına veriləcək.

U-15 Dünya Çempionatı oktyabrın 22-dən 31-nə qədər davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO