Hər kəsin tanıdığı hücumçu maaşını da endirdi, “Neftçi” yenə istəmədi

12 Avqust 19:00 Neftçi 1 898
Hər kəsin tanıdığı hücumçu maaşını da endirdi, “Neftçi” yenə istəmədi

"Neftçi" Renat Dadaşovun istəyini geri çevirib.

Azərbaycan millisinin forvardı hazırda klubsuzdur.

27 yaşlı futbolçu menecerlər vasitəsilə özünü "ağ qaralar"a təqdim edib.

Hətta bir neçə dəfə.

İlk müraciətlə sonuncu arasında ciddi maaş endirimi də olunub.

Lakin bütün cəhdlərə rəğmən "Neftçi" tərəfi Renat Dadaşovu istəmədiyini bildirib.

Dadaşovun sonuncu klubu Polşanın "Motor"u olub.

O, burada keçirdiyi 22 görüşdə heç nə ilə yadda qalmayıb.

Forvardın Azərbaycan millisində 45 görüşdə 7 qolla yadda qaldığını bildirək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM