İyulun 30-u həftənin dördüncü günü idi - cümə axşamı.
Azıərbaycan futbolu üçün isə sözün hər iki mənasında cümə axşamı oldu.
Avrokuboklarda meydana çıxan hər üç klubumuz oyunu və nəticəsi ilə bizi məyus etdi. Bu dəfə qarşılaşdığımız üç rəqib arasında hər baxımdan ən zəifi Estoniya təmsilçisi ”Payde” idi.
Amma “Zirə” bu hazır “loxma”nı uda bilmədi. Estoniyadakı ilk oyundan 0:1 hesablı məğlub qayıtmasına baxmayaraq, Rəşad Sadıqovun komandasına inam çox idi.
Cavab görüşündə də 5-ci dəqiqədə “Zirə” hesabı açanda artıq hamı növbəti mərhələni, növbəti rəqib düşünürdü.
Gəl ki, “Zirə” meydanda bütün komponentlərdə rəqibindən üstün ola ola, növbəti mərhələyə vəsiqəni öz əliylə estonlara verdi:
Oyunun statistikasna diqqət: topa sahib olma 71-29, qapı çərçivəsinə zərbələr 9-2, kornerlər 9-2.
Bütün bu üstün rəqəmlərdənsə, kaş 1 qol olardı. Təəssüf ki, qəfil ölümü xatırladan o qolu rəqib vurdu və beləcə, “Zirə”nin avrokubok macərası heç nədən bitdi.
Bu məğlubiyyətə bəraət yoxdur, Rəşad Sadıqov!
Bəli, hər iki görüşdə qələbəyə layiq tərəf “Zirə” idi, amma iki qarşılaşmada - 180 dəqiqə ərzndə “Payde”yə cəmi 1 qol vurursansa, “bay də” deməkdən başqa çarəmiz qalmır.
“Zirə”nin hücumçuları bu qədərmi keyfiyyətsiz, qol duyumu olmayanlardır?
“Zirə”lilər “Torpedo Kutaisi”yə uduzsaydı, adamı bu qədər yandırmazdı. Estoniya klubuna uduzmaq sadəcə, rəzalətdir, başqa adı yoxdur.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

