"Qarabağ" "Dinamo"нı uduzmaqda yalnız özlərini günahlandırmalıdır"

11 Avqust 23:40 Qarabağ 73
"Qarabağ" "Dinamo"нı uduzmaqda yalnız özlərini günahlandırmalıdır"

"İlk oyundan sonra "Dinamo"nun necə qalib gəlməsindən daha çox "Qarabağ"ın qol vurmaması barədə düşündüm.

"Dinamo" "Qarabağ"a o qədər çox hədiyyə etmişdi ki, onlar uduzmaqda yalnız özlərini günahlandırmalıdırlar".

Sportinfo.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin və “Dinamo”nun sabiq hücumçusu Artyom Milevski Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la Kiyev klubu arasında keçirilən ilk görüş haqda danışarkən deyib.

41 yaşlı veteran futbolçu ölkəsinin sport.ua saytına açıqlamsında bildirib ki, "Dinamo" ilk oyunda 1:0 hesabı ilə qalib gəlsə də, komanda zəif çıxış edib:

"İkinci oyunda səhvlərini düzəltmək üçün daha çox çalışan qalib gələcək. Mən inanmıram ki, "Dinamo" birdən-birə səhvlərini aradan qaldırsın. Bu, çox uzun vaxt aparacaq. İlk oyundan sonra "Dinamo"nun o qədər də pis oynamadığını deyənlərlə qətiyyən razı deyiləm. Komanda ümumilikdə zəif oynayır.

Azərbaycanda çətin olacaq. "Qarabağ"ın oyunu idarə etmək üçün uzun müddət oynamasının mənası yoxdur. Onların əvvəldən irəli getməsini gözləyirəm. "Dinamo"nun müdafiəsi hazırda bərbad vəziyyətdədir və əgər onlar əvvəldən arxada oynasalar, nə baş verə biləcəyini təsəvvür etmək belə istəmirəm".

A.Milevski oyunla bağlı proqnoz da verib:

"Mən bunu belə görürəm: "Qarabağ" qol vurur, "Dinamo" cavab verməyə məcbur olur, amma penalti olmayacaq. "Dinamo" penaltilər üçün qurulmuş komanda deyil. Onlar qaçacaq, mübarizə aparacaq, əziyyət çəkəcək, səhv edəcək, yenidən qaçacaq və hətta bəlkə də haradasa qol vuracaqlar. 1-0, yaxud 1:1 olacağını düşünürəm. Əlavə vaxt və ya hətta penaltilər də mümkündür. Kimin irəli çıxacağına gəldikdə isə, təxmin etməyə belə çalışmazdım. Həqiqətən hər iki momandanın şansı var".

"Qarabağ" - "Dinamo" (Kiyev) oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Komandaların ilk görüşündə Ukrayna klubu 1:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!