“Bir anlıq boşluq verdik - Bilmirəm bu, bəxtsizlikdir, ya nədir”

20:20 Zirə 103
“Bir anlıq boşluq verdik - Bilmirəm bu, bəxtsizlikdir, ya nədir”

“Oyuna yaxşı başladıq, erkən qol vurduq.

Ondan sonra da qol epizodları yaratdıq, lakin yaxaladığımız fürsətləri boşa verdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Ayxan Hüseynov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Estoniyanın “Payde” klubuna qarşı keçirilən cavab oyunu haqda deyib.

O, 1:1-lik heç-heçəni belə şərh edib

: “İkinci hissədə bir anlıq boşluq verdik. Rəqib də bundan faydalandı.

Hesab bərabərləşdikdən sonra da hücumlarımızı davam etdirdik. Yenə də qol epizodlarımız oldu.

Bilmirəm bu, bəxtsizlikdir, ya nədir. Məncə, qələbə qazanmalı idik.

Lakin futbolda belədir. Epizodları dəyərləndirə bilmirsinsə, qalib gəlmək mümkün deyil”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti