Bəlkə də…

09:40 Zirə 121
Bəlkə də…

Bəlkə də başqa komanda olsaydı, futbolçularının oyunu «qumar»a qoyduqlarını iddia edərdim.
Bəlkə də mərhələi keçməmək üçün hamısının sözü bir yerə qoyduqlarını iddia edərdim.
Bəlkə də Orxan Məmmədovu tanımasaydım, bülcəni azaltmasını, avro-iddiasından əl çəkməsini istərdim.
Bəlkə də ona bələd olmasaydım, Rəşad Sadıqovu istefaya göndərməsini istərdim.
Bəlkə də Rəşad Sadıqovu az-çox necə bir insan və məşqçi olmasını bilməsəydim, oyunçuları ilə dərin problemlər yaşadığını düşünərdim.
Bəlkə də…
Bu «bəlkə»lər o qədər çoxdur ki…
Hansından başlayasan, hansında bitirəsən, bilmirsən. Bilinən və təəssüf doğuran əsas məqam odur ki, «Zirə» avrokuboklarla erkən, özü də heç nədən vidalaşdı.
Konfrans Liqasının ikinci mərhələsinin ən zəif iştirakçılarından biri olan «Payde»ni keçə bilməmək… bağışlanmazdır! Estoniyadakı və buradakı oyunlarda forma geyinən bütün futbolçular qeyd-şərtsiz böyük məbləğdə cərimələnməlidir. Onlara ağır söz, sərt tənqid düşür. Davit Volkov və Junior Martins başda olmaqla, bir neçə legioneri elə bu iki oyuna görə qovmaq lazımdır.
O deyirlər e, şans gətirmədi, bəxtimiz gətirmədi, nə bilim nə, bunlar boş-boş söhbətlərdir. Bu, bəraət ola bilməz. Bu bəhanənin nə əsli var, nə kökü.
İki oyunda üst-üstə 15-dən artıq ffürsət yaxala və cəmi 1 qol vur - bu, biabırçılıqdır, fiaskodur, məsuliyyətsizliin zirvəsidir.
Top qapı toruna daxil olmaq istəmədi - adamların işlətdiyi gülməli bəhanəsinə bax e! İki metrdən, bir metrdən boş qapını nişan ala bilməmək dəlilikdir, cahillikdir, həqarətdir.
«Payde» Kutaisi «Torpedo»sundan da zəif rəqibdir. Hər iki oyunda futbolun «f» hərfinə yaxın düşə bilməyən, kələ-kötür müdafiə olunan, irəlidə topu ayağında 1 dəqiqədən artıq saxlamağı bacarmayan estonlara məğlubiyyətin heç bir bəraəti yoxdur. Dəyişdirilməlidir - oyun da, oyunçu da.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!