Seneqal millisinin yarımmüdafiəçisini diqqət mərkəzində saxlayır - “Mançester Yunayted”

01:00 İngiltərə 97
Seneqal millisinin yarımmüdafiəçisini diqqət mərkəzində saxlayır - “Mançester Yunayted”

“Mançester Yunayted” “Monako”nun yarımmüdafiəçisi Lamin Kamara ilə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 22 yaşlı futbolçunun çıxışını yaxından izləməyə davam edir.

“Monako” seneqallı yarımmüdafiəçini asanlıqla buraxmaq niyyətində deyil. Fransa klubu Kamara üçün ən azı 50 milyon avro tələb edir.

Bu səbəbdən, perspektivli futbolçunun transferi ilə bağlı danışıqların asan olmayacağı gözlənilir.

“Transfermarkt” portalı Kamaranın dəyərini 40 milyon avro qiymətləndirir.

Futbolçu ötən mövsüm “Monako”nun heyətində keçirdiyi 31 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

O, dünya çempionatında isə Seneqal millisinin heyətində 4 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!