"Neftçi" millinin 194 sm boya malik oyunçusunu rənglərinə bağladı

07:20 Basketbol 159
"Neftçi" millinin 194 sm boya malik oyunçusunu rənglərinə bağladı

"Neftçi" basketbol klubu Azərbaycan millisinin hücumçusu Cəbrayıl Əkbərovu transfer edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 194 sm boya malik oyunçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

24 yaşlı basketbolçu sonuncu dəfə "Gəncə" klubunun şərəfini qoruyub.

C.Əkbərov Azərbaycan millisinin heyətində beynəlxalq yarışlarda, o cümlədən AVRO-2029-un ilkin seçmə mərhələsində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!