Premyer Liqanın bombardiri səhər müqavilə bağladı, axşam qaçdı

12 Avqust 09:40 II Divizion 1 460
Premyer Liqanın bombardiri səhər müqavilə bağladı, axşam qaçdı

2015-ci ildə Premyer Liqanın bombardiri olmuş Nurlan Novruzov II Liqa klubunu aldadıb.

O, bir neçə gün öncə birillik müqavilə imzaladığı “Ağstafa Gəncləri”ni tərk edib.

33 yaşlı hücumçu əyalət təmsilçisinə heç bir xəbər vermədən “aradan çıxıb“.

O, bu addımıyla Cavid İmamverdiyevi də çətin vəziyyətdə buraxıb. Çünki adıçəkilən forvard bura köhnə tanışının vasitəsilə gəlib.

İmamverdiyev Novruzovun maliyyə vəziyyətinin yaxşı olmadığını bildirərək, klub rəhbərliyindən onun heyətə qatılmasına şərait yaradılmasını xahiş eləyib. Və indi də belə…

11 il öncə 15 qolla Premyer Liqanın ən çox qol vuran siması olmuş «Bakı»nın yetirməsi səbəb gətiirmədən “Ağstafa Gəncləri”ndən qaçıb və bir daha geri qayıtmayacağına dair xəbər göndərib.

Karyerasına “Bakı”da başlayan Nurlan ölkə daxilində “Sumqayıt”, “Zirə”, “Səbail”, “Xankəndi”, “Şəki Siti” və “ ASTA Mingəçevir”də çıxış edib.

O, legioner həyatı ərzində Türkiyə, Moldova, Estoniya, Litva və Nepal çempionatlarında oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM