“Arsenal”ın maraq dairəsinə düşdü - “Çelsi”nin portuqaliyalı vingeri

21:20 İngiltərə 80
“Arsenal”ın maraq dairəsinə düşdü - “Çelsi”nin portuqaliyalı vingeri

“Çelsi”nin vingeri Pedro Neto “Arsenal”ın maraq dairəsinə düşüb.

Sportinfo.az “Transfer News Live”-a istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta yay transfer pəncərəsinin son həftələrində hücum xəttini gücləndirmək istəyir.

26 yaşlı futbolçu “Arsenal”ın nəzərdən keçirdiyi namizədlər arasında yer alır.

“Çelsi” Neto ilə yollarını ayırmaqda maraqlı deyil. Bununla belə, London klubu uyğun təklif alacağı təqdirdə, onun keçidini nəzərdən keçirməyə hazırdır.

Portuqaliyalı futbolçunun özü də komandadan ayrılmaq variantını istisna etmir.

Pedro Netoya daha əvvəl “Mançester Siti”, “Liverpul” və “Tottenhem”in də maraq göstərdiyi bildirilirdi. “Transfermarkt” portalı onun hazırkı dəyərini 60 milyon avro qiymətləndirir

Digər Xəbərlər
Xəbər Lenti