Azərbaycan çempionu avropalıları onunla hesablaşmağa məcbur edir

14:00 Sabah 113
Azərbaycan çempionu avropalıları onunla hesablaşmağa məcbur edir

Dünən Azərbaycan futbolu üçün sadəcə gözəl bir axşam deyildi-tarixi bir gecə idi.

“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Orhus”u 4:0 hesabı ilə darmadağın etdi və iki oyunun nəticəsinə görə 5:2 hesablı qələbə ilə pley-off mərhələsinə yüksəldi.

İlk görüşdə Danimarkada alınan 1:2 hesablı məğlubiyyətdən sonra belə bir cavab vermək komandanın həm xarakterinin, həm də artıq formalaşmış oyun kimliyinin göstəricisidir.

Ən maraqlısı isə budur ki, “Sabah” bunu artıq ardıcıl üçüncü mərhələdə edir. Əvvəlcə Uels çempionu “The New Saints”, daha sonra Finlandiya çempionu KuPS mübarizədən kənarlaşdırıldı.

KuPS üzərində iki oyunun yekununda 3:0 hesablı qələbə qazanılmışdı. İndi isə növbə Danimarka təmsilçisinə çatdı.

“Sabah” artıq sadəcə, Avropada iştirak edən Azərbaycan klubu deyil - rəqiblərinin hesablaşmalı olduğu komandaya çevrilir.

Dünənki matçın ən diqqətçəkən tərəflərindən biri fiziki davamlılıq idi. İlk hissə 0:0 başa çatdı və “Sabah” emosiyalara qapılıb oyunu xaosa çevirmədi.

İkinci hissədə isə temp tamamilə dəyişdi. Velko Simiç 59-cu dəqiqədə hesabı açdı, Stiv Solvet 67-ci dəqiqədə fərqi artırdı,

Coy-Lens Mikels 78-ci dəqiqədə üçüncü zərbəni vurdu, Xander Severina isə 89-cu dəqiqədə nöqtəni qoydu – 4:0.

Dörd qolun hamısının ikinci hissədə vurulması təsadüfi detal deyil. Komanda matç irəlilədikcə, fiziki və psixoloji baxımdan zəifləmədi, əksinə, rəqib üzərində təzyiqini artırdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti