«Zirə» Futbol Akademiyasına yeni rəhbər təyinatı rəsmiləşib.
Zaur Həşimovdan boşalan post Namiq Adilova tapşırılıb
. Onunla birillik müqavilə imzalanıb.
Adıçəkilən funksioner bir neçə il əvvələ qədər aşağı yaş qrupları üzrə yığmalarda məşqçi işləyib. Son iş yeri isə «Neftçi» olub.
O, ötən 1 il ərzində «ağ-qaralar»ın akademiyasında koordinator postunu tutub. «Zirə»nin uşaq futbolu son 5 ildə Zaur Həşimov başçılığı altında fəaliyyət göstərib.
«Pro» kateqoriyalı mütəxəssis bu ilin iyununda iş yerini dəyişib və «Şəfa»ya keçib.
21 ildən sonra Premyer Liqaya qayıtmış «ağ-göylər» komandanın sükanını ona tapşırıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
SPORTİNFO.AZ

