100 milyon avroluq transferi bitirir - Premyer Liqanın nəhəngi

12 Avqust 12:20 İngiltərə 432
100 milyon avroluq transferi bitirir - Premyer Liqanın nəhəngi

“Lill”in yarımmüdafiəçisi Ayyub Buaddi karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Mançester Siti” 18 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Klublar arasında danışıqlar isə artıq son mərhələyə qədəm qoyub. İngiltərə təmsilçisinin mərakeşli oyunçunun transferi üçün təxminən 100 milyon avro ödəyəcəyi bildirilir.

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska Buaddini komandasında görmək istəyir. Transferin komandadan ayrılacağı gözlənilən Rodri Hernandesin gələcəyindən asılı olmadığı vurğulanır.

Buaddi ötən mövsüm “Lill”in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM