“Sabah”ın ÇL-də pley-off oyunu Masazırda yox, “Tofiq Bəhramov”da keçiriləcək

16:20 Sabah 119
“Sabah”ın ÇL-də pley-off oyunu Masazırda yox, “Tofiq Bəhramov”da keçiriləcək

Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın "Hapol"lə (Ber-Şeva) ilə oyunlarının vaxtı və məkanı açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandaların ilk qarşılaşması avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək.

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki.İsrail klubları Yaxın Şərqdə davam edən münaqişə səbəbindən avrokuboklardakı ev oyunlarını neytral meydanda keçirirlər.

Komandalar arasında cavab matçı isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.

Masazırdakı "Bank Respublika Arena" UEFA-nın 3-cü dərəcəsinə aid olduğuna görə "Sabah" pley-off matçını orada keçirə bilmir.

Artıq ən azı Avropa Liqasının Liqa mərhələsini təmin edən "Sabah"ın növbəti oyunlarını isə harada keçirəcəyi hələlik dəqiqləşməyib.

Klubunun mətbuat xidmətindən QOL.az-a verilən məlumata görə, qarşıdakı günlərdə komandanın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti