"Əsas məqsədimiz “Qarabağ”ı udmaqdır" - "Dinamo"nun hücumçusu

12 Avqust 23:20 Qarabağ 327
"Əsas məqsədimiz “Qarabağ”ı udmaqdır" - "Dinamo"nun hücumçusu

Kiyev "Dinamo"sunun hücumçusu Matvey Ponomarenko Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçiriləcək cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, ukraynalı qarşılaşmanın çətin keçəcəyini bildirib:

"Düşünürəm ki, bizi çətin oyun gözləyir və əsas məqsədimiz qələbə qazanmaqdır. Ötən mövsüm rəqibimizi izləmişəm və onların necə komanda olduğunu yaxşı bilirik.

Qarşıda maraqlı və eyni zamanda çətin qarşılaşma var. Oyuna ciddi hazırlaşmışıq.

Tezliklə meydana çıxaraq son hazırlıqlarımızı keçirəcəyik və rəqibimizi bir daha nəzərdən keçirəcəyik. İnanıram ki, yaxşı və maraqlı oyun olacaq".

“Qarabağ” səfərdə keçirilən ilk görüşdə “Dinamo”ya 0:1 heabı ilə uduzub.

Komandalar arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi