“Neftçi” bu satışdan 1,3-1,4 milyon avro qazanacaq - SON DƏQIQƏ XƏBƏRİ

13:00 Neftçi 388
“Neftçi” bu satışdan 1,3-1,4 milyon avro qazanacaq - SON DƏQIQƏ XƏBƏRİ

İmad Faraj tezliklə “Neftçi”ni tərk edəcək. Saytımız bu barədə klubdan məlumat alıb.

Fransa vətəandaşı olan vingerin real müştərisi var.

“Esperans” ona görə Bakı təmsilçisinə təklif göndərib. Tunis klubu Mərakeş kökənli yarımmüdafiəçiyə görə təzminat ödəməyə hazırdır.

Ərəblər bu keçidin baş tutması üçün 1,3-1,4 milyon avro təzminat ödəməyə razıdır.

Redaksiyamıza verilən inofrmasiyaya görə, tərəflər arasında aparılan danışıqlar hələ yekun fazaya daxil olmayıb.

Səbəbkarın özü Tunisə yollanmağa həvəs göstərir, sadəcə, “Neftçi“nin müəyyən istəkləri var ki, onların yerinə yetirilməsini gözləyirlər.

Kompensasiyanın məbləğinin dəqiqləşdirilməsi, onun ödəmə forması və müddəti kimi bəzi məsələlər hələ açıq qalıb.

Yuri Vernidub bu ayrılığın əleyhinə deyil. Baş məşqçi adıçəkilən legionerin onun taktiki planlarına uyğun gəlmədiyi qənaətindədir.

Fransalı sağ cinah oyunçusu 2025-ci ilin yayında “ağ-qaralar”la 3 illik müqavilə bağlayıb. "Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb,

“AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 millilərinin şərəfini qoruyub.

"Neftçi" bu yay 7 nəfərlə vidalaşıb.

Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov, Cordan Rezabala, Ryonosuke Ohori və Ağadadaş Salyanski düşərgəni tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti