“Sabah” bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”la cavab oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. Fransalı FİFA referisi Villi Delajonun idarə edəcəyi matça saat 20:00-da start veriləcək.
Komandalar arasında Danimarkada baş tutan ilk oyunda “Orhus” 2:1 hesablı qələbə qazanıb.
“Sabah” “Orhus”u mübarizədən kənarlaşdıracağı təqdirdə, Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel” (İsrail, Beer-Şeva) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Azərbaycan çempionu Danimarka təmsilçisinə məğlub olacağı təqdirdə isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
20:00. "Sabah" (Azərbaycan) - "Orhus" (Danimarka) 0:0
İlk oyun - 1:2
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrard, Erik Vattellier
VAR: Bastien Deşepi
AVAR: Nikolya Rainvill (hamısı Fransa)
“Bank Respublika Arena”
Sabah": 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 5 Rəhman Daşdəmirov, 80 Akim Zedadka, 27 Puxaç, 7 Umarali Raxmonaliyev, 13 İvan Lepinitsa, 21 Velko Simiç, 10 Aleksey İsayev, 20 Coy-Lens Mikels, 99 Orfe Mbina.
Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 11 Kahim Parris, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 34 Xander Severina, 88 Rodriqo Fernandeş.
"Orhus": 21 Kristiansen, 19 Kal, 25 Rösler, 26 Andersen, 11 Links, 10 Arnstad (k), 4 Knudsen, 16 Yönsson, 29 Karstensen, 28 Boqere, 31 Bek.
Ehtiyat oyunçular:1 Hansen, 42 Van der Raad, 7 Solbakken, 8 Yörgensen, 13 Serra, 14 Mölqaard, 20 Kristiansson, 23 Andersen, 27 Çamçe, 39 Emeri, 44 Kamara, 45 Storx.
