“Atletiko”nun yetirməsi olan müdafiəçi rəsmən “Sumqayıt”da

08:20 Sumqayıt 56
“Atletiko”nun yetirməsi olan müdafiəçi rəsmən “Sumqayıt”da

“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kimyaçılar” braziliyalı futbolçu Renan Santananı heyətinə qatıb. Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Braziliyanın “Atletiko Mineyro” klubunun yetirməsi olan 21 yaşlı futbolçu “5” nömrəli formada çıxış edəcək.

Renan Santananın son klubu Portuqaliyanın “Famalikao” olub.

"Sumqayıt" bu yay Emil Mustafayev, Jeymes Almeyda, Jeam Oliveyra və Lukas Blakı da transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!