“Burada heç bir sirr yoxdur, sonadək döyüşdük və istəyimizə çatdıq”

00:10 Zirə 132
“Burada heç bir sirr yoxdur, sonadək döyüşdük və istəyimizə çatdıq”

Tarmo Kink Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Zirə" ilə Sumqayıtda 1:1 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Estoniyanın "Paide" komandasının baş məşqçisi komandasının uğurunu belə dəyərləndirib:

“Burada heç bir sirr yoxdur. Biz birlikdə mübarizə apardıq və qalib gəldik. Sonadək döyüşdük və istəyimizə çatdıq.

Yaxşı qapıçımız və güclü müdafiəçilərimiz var. Bəzən elə oyunlar olur ki, rəqib daha çox hücum edir, amma istədiyi nəticəni əldə edə bilmir.”

Baş məşqçi avrokuboklarda növbəti mərhələyə yüksəlməyin onun üçün xüsusi hisslər yaratdığını da vurğulayıb:

“Hazırda tamamilə yeni hisslər keçirirəm. Avrokuboklarda növbəti mərhələyə yüksəlmək bizim üçün yeni bir tarixdir. H

esab edirəm ki, bununla kifayətlənməməli və irəli getməyə davam etməliyik.”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!