Azərbaycanda çalışan məşhurla bağlı ŞOK İDDİA yayıldı!

11:00 Turan 452
Azərbaycanda çalışan məşhurla bağlı ŞOK İDDİA yayıldı!

“Turan Tovuz”un baş məşqçisi Qurban Berdıyev karyerasını Rusiyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssisin Moskva “Lokomotiv”inin baş məşqçisi vəzifəsinə namizədlərdən biri olduğu bildirilir.

Bu barədə rusiyalı futbol agenti Timur Qurtska “Qardaş, bu futboldur!” (Это футбол, брат!) verilişində danışıb.

Onun sözlərinə görə, “Lokomotiv”də Mixail Qalaktionovun mümkün istefası fonunda Berdıyevin adı klubla hallanır.

“Bir namizədin adı dolaşır, amma mən buna inanmıram. Qurban Berdıyev haqqında danışırlar. Qulağımın ucuyla eşitmişəm ki, Qurbanla bağlı belə söhbətlər var.

Bəli, o, Azərbaycan çempionatında çalışır, amma yəqin ki, onu oradan gətirmək, məsələn, Çerçesovu “Axmat”dan götürməkdən daha asandır”, - deyə Qurtska bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!