"İmişli" ötən ilin yayında sıralarına qatdığı Dieqo Almeydanın yeni transfer qiymətini müəyyənləşdirib.
Premyer Liqada ikinci mövsümünü keçirməyə hazırlaşan əyalət təmsilçisi portuqaliyalı hücumçunu 250 min dollar qarşılığında satmağa hazırdır.
25 yaşlı forvardın bundan əvvəl son iş yeri "Akademiku de Vizeu" (Portuqaliya) olub.
Portuqaliyanın İkinci Liqasında 21 oyuna çıxıb və 2 qol vurub. Azərbaycan Premyer Liqasında isə 10 qolla yada qalıb.
İmişlinin eyniadlı təmsilçisi axır günlərə kimi ümid edirdi ki, avropalı forvardını daha yüksək qiymətə sata biləcək. Çünki istər bu ilin əvvəlində, istərsə də yayın ilk iki ayı ərzində Almeydaya maraq az deyildi.
«Turan Tovuz» başda olmaqla, Premyer Liqadan 2-3, həmçinin İsraildən bir klub portuqaylı sıralarına qatmağa təşəbbüs göstərib. «İmişli» rəhbərliyi bütün bunları nəzərə alıb, ön xətt oyunçusunun qiymətini 400 min dollaradək qaldırmışdı.
Amma sən saydığını say, gör, müştərilər nə sayır! Mümkün alıcıların heç biri bu rəqəmə yaxın gəlməyib. Almeydanın qalması isə aranlılara əlavə məsrəfə başa gələcək.
Axı onunla bağlanan müqavilə 2027-ci ilin yayınadək qüvvələdir.
Ötən mövsüm 9000 dollar maaş alan hücumçuya yeni sezonda daha əməkhaqqı vermək lazım gələcək. Təqribən 11-12 dollar civarında.
SPORTİNFO.AZ
