“Biz Azərbaycan klubu ilə qarşılaşmanın aşkar autsayderi idik”

14:20 Zirə 119
“Biz Azərbaycan klubu ilə qarşılaşmanın aşkar autsayderi idik”

“Biz bu qarşılaşmanın aşkar autsayderi idik.

\Düşünürəm ki, bacardığımızı etdik. İlk oyunda öz meydanımızda yaxşı nəticə qazandıq, bu gün də istəyimizə çatdıq”.

Sportinfo.az xəbər verir ki, bunu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda “Zirə” ilə heç-heçə edən (1:1) “Payde”nin hücumçusu Henri Anyer deyib.

O, komandasının əlinə düşən imkanlardan səmərəli istifadə etdiyini bildirib:

“Futbolçularımız çox yaxşı mübarizə apardılar. Rəqibin daha çox qol vəziyyəti oldu və doğma azarkeşlər də onları dəstəkləyirdilər.

Amma mən komandama inanırdım. Ehtiyat oyunçular skamyasından meydana daxil olan iki təcrübəli futbolçumuz təhlükəlidir. Əllərinə düşən bir imkandan istifadə edib qol vurdular”.

Henri Anyer mərhələ adlamağın klub üçün böyük uğur olduğunu vurğulayıb:

“Biz kiçik ölkəni təmsil edirik. Bu nəticə klubumuz üçün böyük nailiyyətdir. Komandamıza görə çox sevinirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti