“Qarabağ”ın “Seltik”ə satdığı hücumçunun xoş anları - VİDEO

07:50 Hadisə 125
“Qarabağ”ın “Seltik”ə satdığı hücumçunun xoş anları - VİDEO

“Qarabağ”ın sabiq legioneri Kamilo Duran Şotlandiya Premyer Liqasında ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı hücumçu “Seltik”in heyətində II turda səfərdə “Kilmarnok”a qarşı meydana çıxıb.

Duran qarşılaşmaya start heyətində başlayıb. “Seltik” görüşdən 5:1 hesabı ilə qalib ayrılıb.

Qonaqların heyətində Kasper Höq het-trik edib. Digər qolları Benjamin Nüqren və Luk MakKouen vurublar. “Kilmarnok”un yeganə qoluna isə Maykl Şönninq-Larsen imza atıb.

Bu nəticədən sonra “Seltik” 2 turdan 6 xalla Şotlandiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

Kamilo Duran ilk turda “Dandi” ilə matçda da əsas heyətdə meydana çıxıb. Həmin görüş “Seltik”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

24 yaşlı futbolçu bu yay “Qarabağ”dan “Seltik”ə keçib və Şotlandiya klubu ilə 5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!