"Sabah"ın oyunundakı davanın heç yerdə olmayan VİDEOsu

20:00 Sportinfo TV 169
"Sabah"ın oyunundakı davanın heç yerdə olmayan VİDEOsu

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Sabah" - "Orhus" oyunundan öncə azarkeşlər arasında yaşanmış qalmaqal barədə məlumat vermişdik.

Hadisə baş verən yerdən yeni görüntülər yayılıb. Görüntülərdə Danimarka mətbuatının iddia etdiyinin əksinə, hücum edən tərəfin məhz "Orhus" azarkeşi olduğu aşkar görünür. Əldə etdiyimiz məlumata görə hadisə zamanı danimarkalı azarkeşlər sərxoş olublar. Hətta buna görə onları stadiona gətirən sürücü onları oyundan sonra götürməkdən imtina edib.

Xatırladaq ki, "Sabah" - "Orhus" oyunundan öncə qonaq komandanın azarkeşləri yer aldıqları avtobusla "Sabah" azarkeşlərinin toplaşdığı yerə gələrək, meydan sahibi tərəfdarları təxribata çəkinlər. Bunun da nəticəsində azarkeşlər arasında münaqişə yaşanıb. Yalnız polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Aşağıdakı linkə daxil olaraq özəl videonu izləyə bilərsiniz:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti