Bu yay “Milan”a keçə bilər - “Tottenhem”in müdafiəçisi

10:20 İngiltərə 90
Bu yay “Milan”a keçə bilər - “Tottenhem”in müdafiəçisi

“Tottenhem”in müdafiəçisi Ced Spens karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” 26 yaşlı futbolçunun transferində maraqlıdır.

“Qırmızı-qaralar”ın Spensi heyətinə qatmaq istədiyi, “Tottenhem”in isə onun üçün təxminən 50 milyon avro tələb etdiyi bildirilir.

İngiltərə millisinin müdafiəçisinə İtaliyanın digər top-klubu “İnter” də uzun müddətdir maraq göstərir.

Spenslə daha əvvəl “Roma”nın da maraqlandığı qeyd olunur. Ancaq paytaxt klubu “Tottenhem”in maliyyə tələblərini qarşılamağa hazır olmayıb.

Bundan başqa, futbolçu “Liverpul” və “Mançester Yunayted”ə də təklif edilib. Mersisayd klubu onun transferindən dərhal imtina edib, “qırmızı şeytanlar” isə hələlik heç bir cavab verməyib.

Ced Spens ötən mövsüm bütün turnirlərdə 44 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!