Brahim Konatenin ardınca "Zirə"də daha bir ayrılıq yaşana bilər.
Bu dəfə Namiq Ələskərov düşərgəni tərk etməyə hazırlaşır.
31 yaşlı yarımmüdafiəçinin xidmətində "Kəpəz" maraqlıdır.
Oynamaq şansı az alan Ələskərov özü də bölgə klubuna keçməyə isti yanaşır.
Qalır klublar arasında razılıq əldə olunması.
Çünki futbolçunun 2027-ci ilin yayına qədər "qartallar"la müqaviləsi var.
Namiq üçün "Kəpəz" tanış ünvandır.
2016/17 mövsümün ikinci yarısını bölgə klubunda keçirib.
"Bakı"nın yetirməsi "Qarabağ", "Neftçi", "Sabah"da da forma geyinib.
Türkiyədə "Bursaspor"da legioner həyatı yaşayıb.
Azərbaycan millisində 39 oyunda meydanda olub.
XANOĞLAN/ SPORTİNFO.AZ
