"Dinamo” ilə bağlı bu xəbər “Qarabağ” azarkeşlərini “qızışdıracaq”

12 Avqust 16:40 Qarabağ 905
"Dinamo” ilə bağlı bu xəbər “Qarabağ” azarkeşlərini “qızışdıracaq”

Konfrans Liqasında mübarizə aparan “Qarabağ” Bakıda “Dinamo Kiyev”i qəbul edəcək.

Ötən həftə Polşada baş tutan qarşılaşmada Ukrayna təmsilçisi 1:0 hesabı ilə qələbə qazanmışdı.

Həmin matçda təxminən 200 azərbaycanlı “köhlən atlar”ı stadionda dəstəkləmişdi.

“Dinamo” da Bakıdakı görüşdə dəstəksiz qalmayacaq.

Rəqib komandanı dəstəkləmək üçün Ukraynadan və Avropanın fərqli ölkələrindən paytaxtımıza 50 civarında azarkeş təşrif buyuracaq.

Azərbaycanda yaşayan və işləyən ukraynalıları da nəzərə alsaq, oyun günü stadionda 100-dən artıq tərəfdarın “Dinamo”ya dəstək verəcəyini təxmin edə bilərik.

Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

“Qarabağ” bu mərhələni keçəcəyi təqdirdə pley-offda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi