“Sabah” Azərbaycan futbolunda yeni bir hekayə yazır..

12 Avqust 17:40 Sabah 487
“Sabah” Azərbaycan futbolunda yeni bir hekayə yazır..

“Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"a qalib gəldi.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə sevindi.

Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) qələbə qollarını vurdular.

"Bayquşlar" ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacardı.

Bununla da "Sabah" tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazandı.

Burada Valdas Dambrauskasın taktiki yanaşmasını xüsusi qeyd etmək lazımdır.

“Sabah” ilk dəqiqədən kor-koranə hücuma atılmadı. Komanda strukturunu qorudu, "Orhus"un fiziki futboluna cavab verdi və uyğun məqamı gözlədi.

Hesab açıldıqdan sonra isə meydanda tamamilə başqa mənzərə yarandı: keçidlər sürətləndi, boşluqlardan daha effektiv istifadə edildi və Danimarka təmsilçisinin müdafiə strukturu dağıldı.

Mikels yenə hücum xəttinin əsas fiqurlarından biri oldu-ilk qolun ötürməsini verdi və üçüncü qolu özü vurdu.

Amma bu qələbənin mənası 4:0-dan daha böyükdür. “Sabah” Azərbaycan futbolunda yeni bir Avropa hekayəsi yazır.

Bir neçə həftə ərzində Uels, Finlandiya və Danimarka futbol məktəblərinin nümayəndələrini keçmək artıq bir uğurlu matçın və ya təsadüfün nəticəsi sayıla bilməz.

Bu, düzgün qurulan komandanın, məşq prosesinin, fiziki hazırlığın, taktiki intizamın və qalib mentalitetinin nəticəsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi