“Qalatasaray”a keçmək üçün klubuna təzyiq edir - Rus balası

18:40 Türkiyə 126
“Qalatasaray”a keçmək üçün klubuna təzyiq edir - Rus balası

“Qalatasaray” yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı “Lokomotiv”ə verdiyi müddətin bitməsinə baxmayaraq, hələ də cavab almayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı futbolçu transferin baş tutması və Avropa klubuna keçmək istəyində israrlıdır.

20 yaşlı oyunçu bu səbəbdən, “Lokomotiv” rəhbərliyinə təzyiq göstərməkdə davam edir.

Bildirilir ki, futbolçu transferin reallaşması üçün yaxın günlərdə başqa addımlar da ata bilər.

Batrakovun əsas istəyi məhz “Qalatasaray”a keçməkdir. Daha əvvəl klublar arasında danışıqların aparıldığı, ancaq hələ razılaşmanın əldə olunmadığı bildirilmişdi.

Batrakovun “Lokomotiv”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” onun dəyərini 28 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti