Avqustun 13-də “Qarabağ” Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”sunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
İlk görüşdə Ukrayna təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
İlk oyunun hesabı müəyyən mənada “Qarabağ” üçün aldadıcıdır.
Ağdam klubu topa daha çox sahib olmuş, ilk hissədə 66 faiz topa nəzarət etmiş, zərbələrdə 5:2, künc zərbələrində isə hətta 10:0 üstünlük qazanmışdı.
Ümumi statistikada da “Qarabağ”ın topa nəzarəti 61 faiz olmuşdu. Buna baxmayaraq, Qurban Qurbanovun komandası üstünlüyünü keyfiyyətli final hərəkətlərinə çevirə bilmədi.
Ən vacib məqam isə buradadır: “Dinamo” ilk oyunda “Qarabağ”ın zəif nöqtəsini topa sahib olmadığı zaman yox, məhz topa sahib olduğu anda tapdı.
10-cu dəqiqədə “Qarabağ”ın aşağıdan qurduğu hücum zamanı rəqib topu ön zonada qazandı, Braczko dərhal cərimə meydançasına ötürmə verdi və Ponomarenko müdafiənin arxasına qaçaraq hesabı açdı.
Bu epizod cavab matçı üçün ciddi xəbərdarlıqdır:
“Qarabağ” Bakıda daha çox hücum etməli olacaq, amma müdafiə balansını itirərsə, “Dinamo”nun keçid hücumları oyunun taleyini dəyişə bilər.
SPORTİNFO.AZ
