"Sabah" pley-off mərhələsinə vəsiqə qazanmağa layiq idi" - "Orhus"un baş məşqçisi

22:50 Sabah 168
"Sabah" pley-off mərhələsinə vəsiqə qazanmağa layiq idi" - "Orhus"un baş məşqçisi

"Orhus" “Sabah”a qarşı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda 0:4 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, “Orhus”un baş məşqçisi Yakob Poulsen matç haqqında fikirlərini bildirib:

"Kobud səhvlərə yol verdik və rəqibə topa sahib olmaq imkanı verdik. “Sabah” kimi komandaya belə şans versəniz, sizi cəzalandıracaq. Topa nəzarət etmək istəyirdik, lakin üstünlük rəqibə keçdi və onlar təzyiqi artırdılar. Müdafiədə səhvlərə yol verdik. Böyük hesablı məğlubiyyətə də məhz bu səbəb oldu. “Sabah” pley-off mərhələsinə vəsiqə qazanmağa layiq idi. İki oyunun nəticəsinə baxsaq, onlar yaxşı oyun nümayiş etdirdilər. "Sabah”ın keyfiyyətli futbolçuları var, xüsusilə hücumda çox effektivdirlər. Ayrı olaraq İvan Lepiniçanı qeyd edərdim".

Digər Xəbərlər
Xəbər Lenti