AFFA qadın futboluyla bağlı tələbini sərtləşdirib.
Premyer Liqanın iştirakçılarına bununla bağlı federasiya tərəfindən xəbərdarlıq olunub.
Həmin xəbərdarlığa əsasən, hər elita mənsubu iki yaş qrupu üzrə komanda formalaşdırmalıdır. Onlardan biri U-17 Liqasında, digəri isə Yüksək Liqada mübarizə aparmalıdır.
Qurum bu kollektivlərin saxlanılması üçün illik 50 min manat vəsait ayırıb.
Zərif cins nümayəndələrindən ibarət təmsilçisi olmayan klubların cəriməsi artırılıb. Həmin məbləğ 50 min manatdan 100 minə qaldırılıb.
Son məlumata görə, Premyer Liqanın yarışmaçılarından 10-u AFFA-nın istəyini yerinə yetirməyə razılaşıb. Yalnız «Qarabağ» və «Zirə» qadın futbolunda nümayəndələrinin olmasına maraq göstərmir.
Ötən illərdəki kimi. Yəni, bu klub 100 min manat cərimələnməyə etiraz etmir, nəinki belə bir iş görməyə.
SPORTİNFO.AZ
