“Neftçi”nin yeni transferi Azərbaycanda kimin yaxın dostudur?

20:40 Neftçi 301
“Neftçi”nin yeni transferi Azərbaycanda kimin yaxın dostudur?

Gələn il 90 illiyini qeyd edəcək “Neftçi” heyəti gücləndirməkdə davam edir.

“Ağ-qaralar” yay fasiləsində növbəti transferini gerçəkləşdirərək Alen Şkribeki heyətinə qatdı.

Macarıstanın ZTR klubundan tramsfer olunan 25 yaşlı yarımmüdafiəçinin statistik göstəriciləri ölkəmizdə uğurlu olacağından xəbər verir.

Hər halda ötən mövsüm vurduğu 11 qolla ZTR-in ən sərrast futbolçusuna çevrilməsi bu cür düşünməyə əsas verir.

“Neftçi”yə və Azərbaycana uyğunlaşması elə də çox vaxt aparmayacaq. Çünki yaxın dostu da ölkəmizdə top qovur.

Həmin şəxs “Qarabağ”ın müdafiəçisi Bense Varkonyidir.

Alenlə Bense ötən mövsüm Macarıstanda komanda yoldaşı olub. Hər ikisi ZTR-in şərəfini qoruyub ki, yaxın münasibətdə olmaları diqqət çəkib.

Demək olar həmyaşıddırlar.Şkribekin 25, Varkonyinin 24 yaşı var.

Cari mövsümdə baş tutacaq “Qarabağ” – “Neftçi” qarşılaşmalarında karyeralarında ilk dəfə legioner həyatı yaşayan futbolçuları vətəndən kənarda rəqib qismində görmək maraqla izlənəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti