"Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi

11 Avqust 20:40 Neftçi 891
"Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, macarıstanlı hücumameylli yarımmüdafiəçi Alen Şkribek komandanın yeni üzvüdür.

25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin sonuncu klubu ZTE olub.

O, 2026/27 mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.

Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynayır.

Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir.

2023/24-də “Pakş” ilə ölkə kubokunu başı üzərinə qaldırmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 3 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO