Son mövsümü "Neftçi"də keçirmiş müdafiəçi Gəncə komandasında

08:10 Basketbol 83
Son mövsümü "Neftçi"də keçirmiş müdafiəçi Gəncə komandasında

"Gəncə" basketbol klubu Fikrət Ələkbərovu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu ilə yeni mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Müdafiəçi mövqeyində çıxış edən basketbolçu son mövsümü "Neftçi"də keçirib. 184 sm boya malik Ələkbərov "sarı-göylər"in heyətində 4 nömrəli formada oynayacaq.

Basketbolçu vaxtilə U-16 və U-20 yığmalarımızın şərəfini qoruyub

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 21:30 Çək və bizə göndər!